Удлинитель

Bu gün bu zadın bizim dildə necə səsləndiyini öyrənmək istədim. Lüğətə baxdım, tapammadım.

Açığını deyim ki, heç vaxt Azərbaycanca onun adını eşitməmişəm.

Türkiyəli iş yoldaşımdan soruşdum. UZATMA deyirmişlər ona.

Bəyənilsin? 

Event | Perception

Event-Tədbir

Perception - Qavrama, Qavrayış 

MP3-player

MP3-pleyer, MP3-oxuyucu, MP3-çalar.

Hansı daha yaxşıdı? 

Bu gün, yoxsa Bugün???

Mən "Bugün"ün tərəfindəyəm.

Rington

Dünən metroda NAR Mobile abunəçiləri üçün açılmış bir saytın reklamına rastladım.

Rington yerinə Dinlət sözündən istifadə eliyiblər. Yenilikdi, amma ürəyimə yatmadı. Bəlkə, biz yeni bir şey düşünək, a?

Hal-hazırda ağlıma gələn "Gözləmə musiqisi" ifadəsidi. Amma yenə düşünəcəm. 

Sizin də köməyinizi gözləyirəm.

OK

Dostumla OK sözünü milliləşdirmişik. OK əvəzinə OU işlədirik.

OU=OK 

OU hardan çıxıb? 

OldU sözündən :)  

Insight

Camaat, bu söz bizim dildə necə olacaq??

Insight - ……

Fikirləşin, hamınız fikirləşin! 

Guideline+Brandbook

Sizi bilmirəm, amma mən Guideline sözü ilə çox tez-tez rastlaşıram. Bu sözün qarşılığı kimi Təlimat sözünü təklif edirəm.

Guideline=Təlimat

Hər hansı bir iradınız varmı Təlimata qarşı?

Brandbook sözünün də tərcüməsi kimi vermək olar məncə onu.

Brandbook = Brendin təlimat kitabçası

Marketinq terminləri [v1]

Mən öz variantlarımı yazıram. Əlavə və ya təkliflərinizi yazın. Ən uyğun variantı seçək və indən belə tək ondan istifadə edək.

brands

Brand - bəzi yerlərdə "marka", bəzi yerlərdə "brend" kimi verilir. Mən özüm "brend"in tərəfdarıyam. Başqa bir söz tapmaq mümkündürmü görəsən?

 

Brand equity - (?)

Brand identity - brend kimliyi

Brand awareness - brenddən xəbərdar olmaq

Brand recognition - brendin tanınması

Brand loyalty - brendə sədaqət

Off-roader

off-road2
 

"Off-roader" sözünü dilimizə çevirməyə necə baxırsız?

Niyə məhz bundan başladığımızı bilmək istəyənlər öncə Bura baxsın! 

Mənim təklifim:

Türkiyə reklamlarından birində "off-roader" əvəzinə, "arazi aracı" ifadəsini eşitdim.

"Ərazi avtomobili" - fikriniz?