Insight
Camaat, bu söz bizim dildə necə olacaq??
Insight - ……
Fikirləşin, hamınız fikirləşin!
Camaat, bu söz bizim dildə necə olacaq??
Insight - ……
Fikirləşin, hamınız fikirləşin!
Sizi bilmirəm, amma mən Guideline sözü ilə çox tez-tez rastlaşıram. Bu sözün qarşılığı kimi Təlimat sözünü təklif edirəm.
Guideline=Təlimat
Hər hansı bir iradınız varmı Təlimata qarşı?
Brandbook sözünün də tərcüməsi kimi vermək olar məncə onu.
Brandbook = Brendin təlimat kitabçası
Mən öz variantlarımı yazıram. Əlavə və ya təkliflərinizi yazın. Ən uyğun variantı seçək və indən belə tək ondan istifadə edək.
Brand - bəzi yerlərdə "marka", bəzi yerlərdə "brend" kimi verilir. Mən özüm "brend"in tərəfdarıyam. Başqa bir söz tapmaq mümkündürmü görəsən?
Brand equity - (?)
Brand identity - brend kimliyi
Brand awareness - brenddən xəbərdar olmaq
Brand recognition - brendin tanınması
Brand loyalty - brendə sədaqət
"Off-roader" sözünü dilimizə çevirməyə necə baxırsız?
Niyə məhz bundan başladığımızı bilmək istəyənlər öncə Bura baxsın!
Mənim təklifim:
Türkiyə reklamlarından birində "off-roader" əvəzinə, "arazi aracı" ifadəsini eşitdim.
"Ərazi avtomobili" - fikriniz?
"Süzgəc"in yaradılmasında məqsəd Azərbaycan dilində istifadə olunan/gələcəkdə istifadə olunacaq xarici terminləri "süzgəc"dən keçirmək, onların Azərbaycanca qarşılığını tapmaq və ya yaratmaqdır. Hamımıza bu çətin və önəmli işdə uğurlar!