Rington

Dünən metroda NAR Mobile abunəçiləri üçün açılmış bir saytın reklamına rastladım.

Rington yerinə Dinlət sözündən istifadə eliyiblər. Yenilikdi, amma ürəyimə yatmadı. Bəlkə, biz yeni bir şey düşünək, a?

Hal-hazırda ağlıma gələn "Gözləmə musiqisi" ifadəsidi. Amma yenə düşünəcəm. 

Sizin də köməyinizi gözləyirəm.

7 Şərh »

URI: http://suzgec.blogsome.com/2008/04/09/rington/trackback/

  1. Nə qədər qəribə olsa da, mən də həmin afişaya baxıb bir xeyli fikiləşdim..

    “Gözləmə musiqisi” çox uzun variant kimi görünür.
    Məncə “ZəngimCELL” kimi qısa variant lazımdı..

    Nədənsə hamı o “Dinlət”ə də “ZəngimCELL” deyir..

    Comment by az-ya — April 9, 2008 @ 9:05 am

  2. az-ya, ZəngimCell sözü deyəndə hamı söhbətin nədən getdiyini dərhal anlayır. İndi elə bir söz tapmaq lazım ki, ZəngimCell-dən güclü ola bilsin

    Comment by Orxan — April 9, 2008 @ 9:15 am

  3. Bes Çal?

    Comment by Afet — April 9, 2008 @ 9:26 am

  4. Çal???
    O nədi? :)

    Comment by Orxan — April 11, 2008 @ 10:44 am

  5. mahnı çalmaq, zəng çalmaq

    Comment by Afet — April 11, 2008 @ 1:31 pm

  6. Çalğı ola bilər? :)

    Comment by Orxan — April 14, 2008 @ 7:20 am

  7. mence rington yerine “çalğı” işlətmək o qədər də düzgün deyil, axı çalğı biraz başqa mənada işlənir.
    “Zengsesi” necə bəs?
    amma yenədə fikirləşmək lazımdı?

    Comment by everthesame — May 5, 2008 @ 4:06 pm

RSS.

Leave a comment

E-poçt ünvanını yazmaq yaddan çıxmasın (gizli saxlanılır). HTML allowed: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: DOLDURULMASI MÜTLƏQDİR!.